Türkcə
|
English
|
فارسی
Güney Azərbaycan
Mahmudəli Çöhrəqani
Goğrafiya
İqtisadiyyat
Tarixi Siyasi Şəxsiyyətlər
Elmi Ədəbi Şəxsiyyətlər
Mədəniyyət
Fotoalbom
Xəritə
Dədə Qorqud
"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı əbidəsidir (11-12-ci əsrlər). Elm aləminə 19-cu əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma nüsxəsi (Drezden və Vaikan) tapılmışdır. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır. Bu nüsxə bir müqəddimə, 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar İnstitutunda "Dədə Qorqud"un dünyada üçüncü əlyazma nüsxəsi hazırlanmışdır...
Babək Xürrəmi
Babək Xürrəmi (təqr. 795, başqa məlumata görə, 798-14.3.838) - Azərbaycanda milli-azadlıq hərəkatının (816-38) rəhbəri, görkəmli Azərbaycan sərkərdəsi və siyasi xadimi. Ərdəbil (Jənubi Azərbaycan) yaxınlığındakı Bilalabad kəndində doğulmuşdur. Bəzi müəlliflərə görə, adı Həsəndir. Xürrəmilərə qoşulan Babək Javidanın ölümündən sonra Azərbaycan xalqının ərəb istilaçılarına və xilafətə qarşı azadlıq müharibəsinə başçılıq etmişdir. Tanınmış ərəb sərkərdələri Babəkə qarşı müharibədə məğlub olmuşlar. Ərəb ordusunun 6 məşhur sərkərdəsi Babəkin dəstələri tərəfindən öldürülmüşdü. 830-cu ildə Babəkin qoşunlarının Həmədanı alması ilə Şərq torpaqlarının xilafətdən
Koroğlu
Koroğlu - xalq qəhrəmanı (təqribən 16-cı əsrin 2-ci yarısı). Jəlalilər hərəkatı başçılarından biri. 16-cı əsrin ortaları - 17-ci əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisindcə fəaliyyət göstərdiyini qeyd edirlər. Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu" dastanında tapmışdır...
Şah İsmayıl Xətai
Şah İsmayıl Xətai (17.7.1487-23.5.1524, Ərdəbildə dəfn olunmuşdur) - Azərbaycan Səfəvilər dövlətinin banisi. Dövlət xadimi və sərkərdə, şair. Şeyx Heydərin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı Aləmşah bəyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heydərin ölumündən (1488) sonra kiçik yaşlı Ismayılı anası və qardaşları (Sultanəli və İbrahim) ilə birlikdə həbs etdirdi. Sultan Yaqubun ölümündən sonra Rüstəm Mirzənin əmri ilə Şeyx Heydərin oğlanları 1492-ci ildə həbsdən azad olundu. Böyük qardaşı Şeyx Sultanəli Ismayılı özünün vərəsəsi təyin edərək Ərdəbilə göndərdi.Bir müddət Ərdəbildə və Rəştdə gizlədilən İsmayıl...
Məmmədəmin Rəsulzadə
Müsavat Partiyasının lideri və ilk başqanı Məmmədəmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakı şəhərində ruhani ailəsində anadan olmuşdur. Atası Hacı Molla Ələkbər Rəsulzadə, anası Zinyət Zal qızıdır. İlk tərbiyə və təhsilini ailəsi yanında alan Məmmədəmin Rəsulzadə, sonradan Texniki məktəbə daxil olmuşdur. 1902-ci ildə M.Ə.Rəsulzadə "Müsəlman Gənclik" təşkilatını yaratmışdır. 1903-cü ildə M.Ə.Rəsulzadənin ilk məqaləsi "Şərqi - rus" qəzetində çap edilmişdir. Sonradan "Həyat", "İrşad", "Tərəqqi" və başqa qəzetlərdə məqalələrlə çıxış etmiş, "Təkamül" (Bakı), "İrani-nou" (Tehran), " Açıq söz " (Bakı 1915-1917), İstanbulda yayınlanan "Yeni Qafqaziya" (1923-1928)...
Şeyx Məhəmməd Xiyabani
İranın inqilab tarixində görkəmli yer tutan böyük alim, mütəfəkkir və siyasətçi Şeyx Məhəmməd Xiyabani 1879-cu miladi tarixdə Təbriz şəhəri yaxınlığında yerləşən Xamnə qəsəbəsində anadan olmuşdur. O, Xamnədəki məktəbi bitirdikdən sonra Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş, az müddətdən sonra Təbrizə qayıdaraq din elmlərini öyrənməyə başlamışdır. Xiyabani Təbrizin tanınmış ruhanisi Əngəcinin yanında oxumuş, onun ən görkəmli tələbələrindən olaraq, müctəhidlik dərəcəsinə yüksəlmişdir. Bundan əlavə, Xiyabani nücum, heyət və hesab elmlərini məşhur münəccim Mirzə Əbdüləlinin yanında mənimsəmiş, kəlam - islam fəlsəfəsi və ədəbiyyat üzrə məşhur alim olmuşdur.
Seyid Cəfər Pişəvəri
S.C.Pişəvəri 21 Azər hərəkatının başçısı, Azərbaycan Demokrat Firqəsinin yaradıcısı və rəhbəri, Azərbaycan xalqının milli demokratik hərəkatının öndəridir. İranda inqilabi hərəkatın görkəmli xadimlərindən biri olan Pişəvəri ömrünü həmin müqəddəs məqsədlər yolunda sərf etmişdir. O, həmişə İran istiqlalı və xalq azadlıq ideyalarını təbliğ etmiş, curnalist kimi ədəbi yaradıcılıqda da qiymətli irs qoymuşdur. S.C.Pişəvəri 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində yoxsul kəndli ailəsində anadan olmuş və ilk təhsilini həmin kənddə almışdır. XIX əsrin axırlarında istibdad üsul-idarəsinin soyğunçuluğuna, feodal istismarına və imperializm təzyiqinə dözə bilməyən kəndlilər...
Səttar Xan
Səttar xan 1868-ci ildə Qaradağ vilayətinin Canalı kəndində bir alverçi ailəsində anadan olmuşdur.
1905-11-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttar xanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbriz şəhərinin Əmirxiz məhəlləsinin fədailərinə rəhbərlik edən Səttar xan özünün qəhrəmanlığı və şücaəti ilə bütün fədailərin sevimli sərkərdəsinə çevrildi. Şura Məclisi topa tutulduqdan sonra şahın 40 min nəfərlik silahlı qüvvəsi inqilabın beşiyi Təbriz şəhərinə hücum etdi. 1908-ci ilin iyun ayında Səttər xanın rəhbərliyi altında Ali Hərbi Şura yarandı. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildilər.
Ebülfez Elçibey
Ebülfez Elçibey 24 iyun 1938-ci ilde Naxçıvanda Ordubad rayonunun Keleki kendinde doğulub. Unus kend 7illik mektebini bitirdikden sonra Ordubad şeher 1 saylı orta mektebinde tehsilini başa vurub. 1957-62ci illerde indiki Bakı Dövlet Universitetinin şerqşunaslıq fakultesinin ereb filologiyası şöbesinde oxuyub. Buranı qurtardıqdan sonra Hidrolagiya İnstitutunun Bakı şöbesinde tercümeçi işleyib. Birleşmiş Ereb Respublikasına (Misre) gönderilen Ebülfez bey Asuan bendinin tikintisinde tercümeçilik edib (I. 1963 X. 1964.). Xarici ezamiyyetden dönerek BDUda aspiranturasına girib (1965) ve onu uğurla bitirib (1968). "Tulunoğlular dövleti (868-905)" mövzusunda dissertasiya müdafie ederek tarix elmleri namizedi alimlik derecesi alıb (1969).
GAMOH
Copyright ? 2004 email:
info@gamoh.org