Türkcə | English | فارسی
|
Məhəmməd Füzuli
Mövlana Məhəmməd Süleyman oğlu Füzuli Bağdadi (1494, İraq, Kərbəla şəhəri - 1556, orada) - Azərbaycan şairi, mütəfəkkir. türk, ərəb və fars dillərində yazmışdır. İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində orta əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir....
|
|
|
|
|
|
|
|
Bəhmənyar Azərbaycani
Əbülhəsən Bəhmənyar Mərzban oğlu Azərbaycani (? - 1066) - Azərbaycan filosofu, Şərq peripatetizminin nümayəndəsi, İbn Sinanın şagirdi və davamçısı. Bəhmənyara görə, hər şeyin əsasını ən ümumi mənada varlıq təşkil edir. Bütün varlığı vacib və mümkün olmaqla iki qismə ayıran Bəhmənyara görə, vacib varlıq zəruridir, mütləq mövcuddur, səbəbsizidir. Mümkün varlıq qeyri-mövcud və mövcud fərz ediləndir, onun varlığı və yoxluğu birsəbəblidir, daha doğrusu, o, nəticədir...
|
|
|